Millət vəkili dövlət qurumlarına səsləndi
Gündəm
15:55 14 dek, 2021
Qənirə Paşayeva bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında irəli sürüb
"Dövlətimiz və xalqımız hər zaman Salatın Əsgərovanın xatirəsini uca tutub”.
Qazet.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva səsləndirib.
"Salatın Əsgərovanın 60 illik yubileyində onun şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını dövlət qurumlarından xahiş edirik” - deyə deputat bildirib.
Qeyd edək ki, Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərova 9 yanvar 1991-ci ildə Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında ermənilər tərəfindən qətlə yetirilib.