Millətlər Liqasında növbəti oyun günü

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V turun digər oyunları keçiriləcək.
Qazet.az-ın məlumatına görə, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma oynanılacaq.
A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı, İtaliya isə İngiltərəni qəbul edəcək. Bu qrupda yalnız britaniyalılar qrup lideri olmaq şansını itirib. İngiltərə yığması İtaliyaya uduzacağı təqdirdə B Liqasına düşəcək. Macarlar qələbə sayəsində dördlər finalına vəsiqə əldə edə bilər. Bunun üçün İtaliyanın xal itirməsi lazımdır.
B Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina Monteneqro ilə, Finlandiya isə Rumıniya ilə üz-üzə gələcək. Bosniya və Herseqovina rəqibini məğlub etsə, A Liqasına yüksələcək.
Gürcüstan millisi C Liqasının 4-cü qrupunda Şimali Makedoniyanı, Bolqarıstan isə Cəbəllütariqı sınağa çəkəcək. Gürcüstan seçməsi rəqibinə uduzmasa, B Liqasında yerini təmin edəcək.
Nəhayət, D Liqasında Estoniya Maltanı qəbul edəcək. Meydan sahiblərinə C Liqasına yüksəlmək üçün heç-heçə də kifayət edəcək.
UEFA Millətlər Liqası
V tur
23 Sentyabr
A Liqası
3-cü qrup
22:45. Almaniya - Macarıstan
22:45. İtaliya - İngiltərə
B Liqası
3-cü qrup
22:45. Bosniya və Herseqovina - Monteneqro
22:45. Finlandiya - Rumıniya
Xal durumu: Bosniya və Herseqovina - 8, Monteneqro - 7, Finlandiya - 4, Rumıniya - 3.
C Liqası
4-cü qrup
20:00. Gürcüstan - Şimali Makedoniya
22:45. Bolqarıstan - Cəbəllütariq
D Liqası
2-ci qrup
20:00. Estoniya - Malta