Milli Depozit Mərkəzi noyabrda kupon ödənişlərinin məbləğini açıqlayıb
Gündəm
18:15 02 dek, 2021
Ötən ay qurum ümumilikdə 43 investor üzrə 53 milyon manat məbləğində ödəniş edib

Milli Depozit Mərkəzi bu ilin noyabr ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
Qazet.az-ın məlumatına görə, ötən ay qurum ümumilikdə 43 investor üzrə 53 milyon manat məbləğində ödəniş edib.
Ödənişlər Maliyyə Nazirliyi və "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) üçün həyata keçirilib.