Bakı 10˚C Sunny

Milli Məclis gələn il üçün yaşayış minimumunu birinci oxunuşda qəbul edib

Gündəm 18:05 17 noy, 2021

Uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib

Milli Məclis gələn il üçün yaşayış minimumunu birinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Qazet.az-ın xəbərinə görə, qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.