Milli Məclis məhkəmə hakimlərinin stajı ilə bağlı layihəni təsdiqləyib
Gündəm
14:31 20 dek, 2021
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Qazet.az-ın xəbərinə görə, dəyişikliklə hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.