Bakı 8˚C Cloudy

Milli Məclisdə Azərbaycanın Fransa ilə diplomatik əlaqələri dayandırması təklif edilib

Gündəm 15:39 16 noy, 2022
Milli Məclisdə Azərbaycanın Fransa ilə diplomatik əlaqələri dayandırması təklif edilib

Milli Məclisdə Azərbaycanın Fransa ilə diplomatik əlaqələrinin dayandırılması təklif edilib.

Qazet.az-ın xəbərinə görə, bu təkliflə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı parlamentin bu gün iclasında çıxış edib.

O bildirib ki, Fransa riyakar siyasətini ortaya qoyur: "Vaxtı ilə müstəmləkələri olan Afrikada, xüsusilə Əlcəzairdə 1,5 milyon insanı qətl edən, amma II Dünya müharibəsi zamanı bir güllə atmayan Fransa indi Azərbaycana qarşı əsl simasını ortaya qoyur".

Partiya sədri söyləyib ki, Fransa Prezidenti Emmanuel Makron bir müddət əvvəl faşist Ermənistanı demokratik dövlət kimi qiymətləndirib. Fransa Senatı da bu siyasətin davamı olaraq belə qətnaməni qəbul edib: "Qətnamədə Azərbaycan neft və qazının Avropaya ixracını xüsusi diqqət edilir, bununla da Avropa İttifaqında problem yaratmağa cəhd göstərilir.

Zamanında Avropa İttifaqının nümayəndələri Azərbaycana gələrək cənab Prezident İlham Əliyevlə görüşüb, ölkəmizin neft və qazına xüsusi maraq göstəriblər, hətta müvafiq razılaşma da əldə edilib. 20-30 min erməniyə müstəqillik tələb etməklə Fransa absurda yol verir və bundan utanmır. Həmçinin Azərbaycanın Laçın dəhlizindən çıxmasını istəyir.

Son 30 ildə Ermənistanın yanında olan Fransa Makron dövründə daha da irəli gedib. Bu gün Markron Avropa İttifaqına, UNESCO-ya öz təsirini göstərir. Təsadüfi deyil ki, Mehriban Əliyeva bu yaxınlarda UNESCO-nun xoşməramlı səfir vəzifəsindən imtina edib. Bu, elə Fransaya, UNESCO-ya və Makrona zərbədir. Amma bunlar nəticə çıxaracaqmı? Mən inanmıram. Çünki başdan-ayağa faşist Ermənistanı dəstəkləmək yolu seçiblər. Mən təklif edirəm ki, Fransa ilə diplomatik əlaqələr dayandırılsın”.