Milli Məclisdə ictimai dinləmə keçiriləcək
Siyasət
17:45 13 dek, 2022
Dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək.
Bu barədə Qazet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, dinləmədə sahə mütəxəssisləri, ekspertlər, qeyri-hökumət təşkilatlarinin nümayəndələri iştirak edəcəklər.