Milli Məclisdə Media qanunu müzakirə olunur
“Media haqqında” qanun geniş ictimai müzakirədən keçib

Milli Məclis “Media haqqında” qanun layihəsini ikinci oxunuşdan müzakirəyə çıxarıb.
Qazet.az xəbər verir ki, layihəni İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib.
Komitə sədri qanun layihəsinin geniş ictimai müzakirəsinə şərait yaratdığına görə, spiker Qafarovaya təşəkkür edib. Əlavə edib ki, bu qanunun qəbulu 2021-ci ilin uğulu işi kimi tarixdə qalacaq.
Komitə sədri deyib ki, dekabrın 10-da parlamentdə iki komitənin birgə iştirakı ilə 50-yə qədər, ümumilikdə 108 media subyektinin iştirakı ilə ictimai müzakirələr keçirilib: “Həmçinin komitə sədrləri və işçi qruplar arasında səmərəli müzakirəlrə oldu. Ümumilikdə 50 nəfərdən çox mütəxəssis bu mövzuda çıxış edib.
Media agentliyi media subyektlərində mübahisəyə səbəb olan məqamlarla bağlı açıqlama yaydı, buna diqqət etdi.
“Media haqqında” qanun geniş ictimai müzakirədən keçib.