Bakı 16˚C Mostly cloudy

Milli Məclisin COVID-19-dan əziyyət çəkən üzvlərinə 500 manat verilib

Gündəm 13:55 23 noy, 2021

Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında koronavirusdan əziyyət çəkən şəxslərə 500 manat verildiyini bildirib

Milli Məclisin COVID-19-dan əziyyət çəkən üzvlərinə 500 manat verilib

“Milli Məclisdə COVID-19-dan əziyyət çəkən şəxlərə 500 manat pul verilib”.

Qazet.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, parlamentin sürücülərinə kurslar təşkil edilib: “Hətta burada ekspert vəzifəsində işləyənlər müşavir kimi irəli çəkilib. Bu da sədrin Milli Məclisin işçilərinə diqqətindən irəli gəlir”.

T.Kərimli qanunverici orqanın ötən dəfəki iclasında çıxışına görə spiker Sahibə Qafarovadan üzr istəyib.

S.Qafarova isə T.Kərimliyə tövsiyə edib ki, yanlış məlumatları cəmiyyətə verməsin.