Milli Məclisin növbəti iclaslarının vaxtı açıqlanıb
Gündəm
17:29 08 noy, 2021
Bu barədə parlament Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib

Milli Məclisin payız sessiyasının növbəti plenar iclaslarının vaxtı müəyyənləşib.
Qazet.az xəbər verir ki, bu barədə parlament Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.
O bildirib ki, qanunverici orqanın növbəti toplantıları noyabrın 16-sı, 17-i və 18-də keçiriləcək. İclaslarda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə olunacaq.