Bakı 5˚C Intermittent clouds

Milli Məclisin sədri İndoneziyada “Böyük İyirmilik” ölkələrinin sammitində iştirak edəcək

Gündəm 23:17 04 okt, 2022
Milli Məclisin sədri İndoneziyada “Böyük İyirmilik” ölkələrinin sammitində iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün oktyabrın 4-də İndoneziyanın paytaxtı Cakarta şəhərinə səfər edib.

Qazet.az xəbər verir ki, Cakarta Sukarno-Hatta Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini ölkəmizin İndoneziya Respublikasındakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova "Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitinin tədbirlərinə qatılacaq, sessiyalarda çıxış edəcək və sammitdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.