Bakı 6˚C Intermittent clouds

Millimiz Avropa çempionatına hazırlaşır

İdman 14:50 10 yan, 2023
Millimiz Avropa çempionatına hazırlaşır

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlığını davam etdirir.

Azərbaycan Həndbol Federasiyasından (AHF) Qazet.az-a verilən məlumata görə, 16 idmançının qatıldığı təlim-məşq toplanışı baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Raşad Hüseynovun rəhbərliyi ilə aparılır.

“AHF Arena”dakı toplanış çərçivəsində fiziki hazırlığı yekunlaşdıran komanda son günlər taktiki və texniki çalışmaları yerinə yetirir. Yığma gündə bir dəfə olmaqla hər gün məşq edir.

Qeyd edək ki, Azərbaycan yığması yanvarın 13-dən 15-dək “Bakı İdman Sarayı”nda 2026-cı il Avropa çempionatının təsnifat turnirində qüvvəsini sınayacaq. Milli ilk oyununu ayın 13-də, saat 17:00-da Malta seçməsinə qarşı keçirəcək. Həndbolçular yanvarın 14-də Böyük Britaniya ilə (saat 17:00-da), ertəsi gün isə Kiprlə (15:00-da) üz-üzə gələcəklər.