Millimizin oyunu kütləvi yoluxmaya görə ləğv olundu
İdman
23:56 22 sen, 2021
Qeyd edək ki, matçlar 24 və 27 sentyabrda gerçəkləşməli idi.
![Millimizin oyunu kütləvi yoluxmaya görə ləğv olundu](https://qazet.az/resized/fit900x500/center/pages/26615/54fa50ab-ce3b-4fe0-aae8-ed118f0f5d84.jpeg)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun müvafiq yığması ilə keçirməli olduğu yoldaşlıq oyunları ləğv edilib.
"Qazet.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Bakıya səfər ərəfəsində rəqib komandanın heyətində bir neçə futbolçunun COVID-19 testinin pozitiv çıxması səbəb olub.
Qeyd edək ki, matçlar 24 və 27 sentyabrda gerçəkləşməli idi.