Millimizin sabiq üzvü Almaniya klubunda
İdman
07:14 19 avq, 2022
Özkaranın yeni klubu
Millimizin sabiq hücumçusu Cihan Özkaranın yeni klubu müəyyənləşib.
Qazet.az xəbər verir ki, 31 yaşlı forvard Almaniyanın “Rot Vays Ahlen” klubu ilə anlaşıb. O, Oberliqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Sivasspor”, “Kayseri Erciyesspor”, “Simurq”, “Verl”, “İstanbulspor”, “Afyonspor”da da çıxış edən Özkara Azərbaycan millisində18 matça çıxıb və bir qolla yadda qalıb.