Millinin oyununu bu hakim idarə edəcək
İdman
12:25 22 sen, 2022

Bakı Azərbaycan və Qazaxıstan milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun təyinatları bəlli olub.
Qazet.az-ın məlumatına görə, qarşılaşma Almaniyadan olan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Harm Osmers olacaq.
İspaniyalı Manuel Diaz Vega hakim-inspektor, estoniyalı Veiko Soo isə UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün V turda Slovakiyanın qonağı olacaq.