"Milliyə çağırılsam, Türkiyədən İtaliyaya piyada gedərəm" - Balotelli
Gündəm
14:41 18 noy, 2021
"Mart ayında millinin iştirak ərizəsində olacağımı bilsəm, Türkiyədən İtaliyaya piyada gedərəm"

Türkiyənin "Adana Dəmirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya millisinə qayıtmaq istəyindən danışıb.
Qazet.az "OCW Sport"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu deyib: “Özümü yaxşı hiss edirəm, əla formadayam. Son iki il yarımdan sonra hiss edirəm ki, yenidən İtaliya millisinə qayıtmağa hazıram. Bu, mənim arzumdur. Mart ayında millinin iştirak ərizəsində olacağımı bilsəm, Türkiyədən İtaliyaya piyada gedərəm".
Qeyd edək ki, Balotelli bu mövsüm Türkiyə Superliqasında 12 matçda 5 qol vurub və 2 qol ötürməsi verib.