Milonov Puqaçovu cəzalandırmağı təklif etdi
Gündəm
23:21 10 okt, 2022
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Alla Puqaçovanın cəzalandırılmasını və onun ölkənin xalq artisti titulundan məhrum edilməsini təklif edib.
Qazet.az xəbər verir ki, o, bu təklifi öz Telegram kanalında yazıb.
" Alla Borisovna Puqaçovanı xalq artisti titulundan məhrum etməyin vaxtı çatıb. Bu, çətin, çətin addımdır. Çünki ölkəmizi inkar edənlərin həyatını asanlaşdırmaq lazımdır. Onları heç nə narahat etməsin", - o yazıb.
Siyasətçinin sözlərinə görə, müğənni artıq bu ada layiq deyil.