Bakı 26˚C Intermittent clouds

Mina qurbanı olan şəxslərin sayı açıqlanıb

Gündəm 17:00 09 dek, 2021

Məsələ ilə bağlı Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib

Mina qurbanı olan şəxslərin sayı açıqlanıb

İşğaldan azad olunan ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlanıb.

Qazet.az-ın Baş prokurorluğun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, 10 noyabr 2020-ci il tarixdən indiki vaxtadək işğaldan azad edilən ərazilərdə 7 hərbi qulluqçu və 29 mülki şəxs minaya düşərək həlak olub.

Bildirilib ki, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.