Bakı 21˚C Mostly sunny

Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirdi

Cəmiyyət 04:29 15 noy, 2022
Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirdi

Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirib.

Qazet.az xəbər verir ki, şəhər xəstəxanasının doğum şöbəsində dünyaya göz açan körpələrdən 2-si oğlan 1- i qızdır. Bərdə rayon Uğurbəyli kənd sakini, Səmayə Qafarovanın dünyaya gətirdiyi uşaqlar onun 2-ci hamiləliyindən doğulanlardır. Qadının Rüqəyya adı verdikləri ilk övladı 8 il öncə dünyaya göz açıb. Ondan sonra Bərdə sakininin övladı olmayıb. Üçəm dünyaya gətirən qadının qaynanası Xalidə Qafarovanın sevinci hədsiz-hüdsuz görünürdü. O, yeni doğulan nəvələrinə isə Həsən, Hüseyn, Zeynəb adı verdiklərini bildirib.

Mingəçevir şəhər Xəstəxanasının doğum şöbəsində, 8 il sonra 2-ci hamiləlikdən üçəm dünyaya gətirən ana və uşaqların vəziyyətləri normaldır. Yeni doğulan körpələrin çəkisi müvafiq olaraq 2 kiloqram 600, 2 kiloqram 900 və 2 kiloqram 300 qramdır.

Xəstəxanadan verilən məlumata görə, son 10 ildə Mingəçevir Xəstəxanasının doğum şöbəsində ilk dəfə olaraq üçəm doğulub.