Mingəçevirdə gənc oğlan döyüldü
Hadisə
12:30 18 dek, 2021
Hadisənin hansı zəmində baş verdiyi məlum deyil
Mingəçevir sakini gecə saatlarında döyülərək xəsarət alıb.
Qazet.az məlumatına görə, hadisə Şah İsmayıl Xətai küçəsində baş verib. 1994-cü il təvəllüdlü şəhər sakini Qaffarlı Elzamin Qaffar oğlu gecə saatlarında küçədə münaqişə zəmnində döyülərək xəsarət alıb.
O, öncə evinə getsə də xüsusilə də baş nayihəsindən aldığı xəsarət və ağrılarının ciddiliyi səbəbindən xəstəxanaya yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.