Bakı 3˚C Partly sunny

Mir Şahin şok faktın üstünü açdı  - Bu helikopter qəzası GİZLƏDİLİB

Gündəm 01:42 13 dek, 2021

İ.Ələkbərov qeyd edib ki, bundan 2-3 gün öncə daha bir helikopterin vurulubmuş

Mir Şahin şok faktın üstünü açdı  - Bu helikopter qəzası GİZLƏDİLİB

Real TV-nin rəhbəri Mir Şahin bugünkü “Mir Şahin vaxtı” proqramında 1993-cü ilin martında baş verən helikopter qəzası barədə məlumat yayıb.

Qazet.az xəbər verir ki, müəllif bu qəzanın tam 28 il ictimaiyyətdən gizlədildiyini bildirib.

Bu barədə kadrlar da təqdim edilib. Həmin kadrları çəkən hərbi reportyor İlham Ələkbərov isə hadisə barədə danışıb.

İ.Ələkbərov bildirib ki, 23 mart 1993-cü ildə, Ağdərədə polis idarəsində olub. Həmin an şəhərə ağır silahlardan atəş açıldığını eşidib və kameranı götürərək, çəkiliş üçün idarədən çıxıb. Çəkiliş zamanı iki əsgərimizin yaralandığı kadrlarını da çəkib.

O zərbələrdən iki saat sonra isə helikopterimizin vurulduğu bildirilib və İ.Ələkbərov özünü hadisə yerinə çatdıraraq, vurulan helikopterin hələ yanıb-tüstüləyən qalıqlarını da lentə ala bilib.

İ.Ələkbərov qeyd edib ki, bundan 2-3 gün öncə daha bir helikopterin vurulubmuş

Həmin vaxt AzTV-nin rəhbəri olan Məmməd İsmayıl kadrların efirə verilməsinə razı olmayıb.