Mircəlal Paşayev “Bravo Supermarket"lərdəki payını satdı
Gündəm
19:53 01 iyl, 2022
O, 50 % payını “Fly Group” MMC-yə ötürüb

“Azərbaycan Supermarket” MMC-nin (“Bravo” Supermarketlər şəbəkəsi) əsas səhmdarlarından biri payını digər şirkətə satıb.
Qazet.az xəbər verir ki , MMC-nin əsas səhmdarı olan Mircəlal Paşayev 50%-lik payını “Fly Group” MMC-yə ötürüb.
Bununla da səhmlərin 50%-i “Fly Group” MMC-yə, 25%-i “İdeal Biznes Ko.” MMC və digər 25%-i isə “Yevro Standard” MMC-nin olub.
Qeyd edək ki, “Bravo” Supermarketlər şəbəkəsinin yeni səhmdarı “Fly Group” MMC 2021-ci ilin 1 dekabrında dövlət qeydiyyatına alınıb. Şirkətin manat nizamnamə kapitalı 100 manat, direktoru isə Rüfət Abdullayevdir.
Qaynaq