Mirziyayev Putinlə görüşdü: 18 sənəd imzalandı
Gündəm
23:12 19 noy, 2021
Qeyd olunub ki, tərəflər nüvə təhlükəsizliyi sahəsində də əməkdaşlığa dair sənədlər imzalayıblar.

Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə rusiyalı həmkarı Vladimir Putin arasında görüş olub.
Qazet.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda səfər çərçivəsində ikitərəfli 18 sənədin imzalandığı bildirilib.
Qeyd olunub ki, tərəflər nüvə təhlükəsizliyi sahəsində də əməkdaşlığa dair sənədlər imzalayıblar.