Bakı 10˚C Sunny

Mirzoyanla danışan Lindedən qəribə tvit - Minsk qrupu müəmması

Gündəm 05:13 18 noy, 2021

Qeyd edək ki, sərhəd müzakirəsində ATƏT-in Minsk Qrupunun heç bir mandatı yoxdur və A.Lindenin bu məsələdə MQ-nin vasitəçiliyini dəstəkləməsinin hədəfi də aydın deyil.

Mirzoyanla danışan Lindedən qəribə tvit - Minsk qrupu müəmması

İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ermənistan və Azərbaycan arasında sərhəddə Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə edilməsini alqışlayıb.

Qazet.az xəbər verir ki, bu barədə Ann Linde öz Tvitter səhifəsində yazıb.

“Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla söhbət etdim. Ermənistan və Azərbaycan arasında sərhəddə Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olunmasını alqışlayırıq. İnsan tələfatına görə təəssüfümüzü bildiririk. Prosesin ATƏT-in Misnk Qrupunun və şəxsi nümayəndəm vasitəsilə davam etməsini dəstəkləyirik”, - Ann Linde yazıb.

Qeyd edək ki, sərhəd müzakirəsində ATƏT-in Minsk Qrupunun heç bir mandatı yoxdur və A.Lindenin bu məsələdə MQ-nin vasitəçiliyini dəstəkləməsinin hədəfi də aydın deyil.