Bakı 6˚C Dreary

Mişel Obamadan əri və qızları barədə maraqlı etiraf - FOTO

Maraqlı 11:22 30 dek, 2022
Mişel Obamadan əri və qızları barədə maraqlı etiraf - FOTO

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama qızları azyaşlı olarkən 10 il ərzində əri Barak Obamaya çətinliklə dözdüyünü deyib.

O, Barak Obamanın yüksələn karyerası zamanı yaşanan ailə problemlərindən danışıb.

“Bir insana dəlicəsinə aşiq olsanız belə, hər şey yolunda getsə belə, ailənin nə qədər iş tələb etdiyini və nə qədər çətin olduğunu anlamaq lazımdır. İnsanlar mənim bu mövzuda çox həssas olduğumu düşünür. 10 il ərzində ərimə çox çətinliklə dözə bilirdim. Bu uşaqların hələ balaca olduğu illər idi”, – deyə keçmiş birinci xanım etiraf edib.

Mişel Obama qızlarının tərbiyəsi ilə öz sıx şəxsi qrafiki arasındakı mürəkkəb balansdan danışıb.

“Balaca uşaqlar sanki terrorçudurlar. Onların tələbləri var, danışmırlar, pis ünsiyyət qururlar və daim ağlayırlar. Onlar məntiqsizdirlər, daim sizə ehtiyac duyurlar və siz onları sevirsiniz. Buna görə onları günahlandıra da bilməzsən, elə deyilmi? Buna görə də, siz qəzəbinizi bir-birinizə yönəldirsiniz”, - Mişel qeyd edib.

Xatırladaq ki, Maliya və Saşa ataları Barak Obama prezident seçiləndə müvafiq olaraq 10 və 7 yaşlarında idilər.

Mişel Obamadan əri və qızları barədə maraqlı etiraf - FOTO
Mişel Obamadan əri və qızları barədə maraqlı etiraf - FOTO
Mişel Obamadan əri və qızları barədə maraqlı etiraf - FOTO