Bakı 20˚C Mostly cloudy w/ showers

Misir Ərəb Respublikasındakı sərgidə Azərbaycan guşəsi fəaliyyətə başlayıb

Gündəm 18:55 09 dek, 2021

Dekabrın 10-dək davam edəcək sərgidə Azərbaycan guşəsinə böyük maraq göstərilir.

Misir Ərəb Respublikasındakı sərgidə Azərbaycan guşəsi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasında səfərdədir.

Qazet.az məlumat verir ki, 8-10 dekabr tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilən ikinci Ali Təhsil və Elmi Tədqiqatlar üzrə Qlobal Forumu çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə sərgi açılıb.

Sərgidə Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan videoçarxlar, cari ildə 880 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, Azərbaycanın mədəniyyəti paytaxtı olan Şuşa şəhəri, o cümlədən Qarabağ haqqında dolğun məlumatlar ziyarətçilərə təqdim olunur. 

Həmçinin, iştirakçılara ölkəmiz haqqında kitablar paylanılır.

Dekabrın 10-dək davam edəcək sərgidə Azərbaycan guşəsinə böyük maraq göstərilir.