Misir Mərdanovdan deputatın iddialarına REAKSİYA
"Hamısı yalan və böhtandır"

Ötən gün sabiq təhsil naziri Misir Mərdanov müsahibəsində bahalaşmanı hiss etmədiyini deyib.
Qazet.az konkret.az-a istinadən xəbər verir ki, bununla bağlı deputat Etibar Əliyev “Facebook” səhifəsində status yazıb. O, sabiq nazirinin paytaxtda çox sayda evi və obyekti olduğunu, buna görə də icarə haqlarını yığıb-yığışdıra bilmədiyi üçün belə danışdığını bildirib. Etibar Əliyev Misir Mərdanovun nazir işlədiyi dövrdə 25 min tələbə köçürməsi etdiyini və 3 minə yaxın adama saxta müəllim diplomu verdiyini iddia edib.
Məsələ ilə bağlı M.Mərdanov açıqlamasında deyib:
“Onun dediklərinin heç biri doğru deyil. Hamısı yalan və böhtandır. Özü bilər, Allahı bilər. Məni tanıyanlar yaxşı tanıyır. İndi baxın, görün, camaat ona nə deyəcək”.