Bakı 2˚C Mostly cloudy

Misir səfirliyi dörd ildən sonra Qətərdə fəaliyyətə başladı

Gündəm 13:13 16 noy, 2021

Bu hadisə rəsmi Doha ilə Qahirə arasında barışıq sazişinin imzalanmasından sonra baş verib.

Misir səfirliyi dörd ildən sonra Qətərdə fəaliyyətə başladı

Qətər əmiri dünən yeddi səfirin etimadnaməsini qəbul edib.

Qazet.az Qətər xəbər agentliyinə istinadən xəbər verir ki, Əmr Əl-Şərbini Misirin Dohada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O,  öz etimadnaməsini Qətər əmiri Təmim bin Həmd Al Saniyə təqdim edib.

Qeyd edək ki, Misir ilə Qətər dövləti arasında 2018-ci ildən diplomatik əlaqələr kəsilmişdi.