Bakı 16˚C Partly sunny

Misirdə nadir mumiya portretləri tapılıb

Gündəm 03:45 09 dek, 2022
Misirdə nadir mumiya portretləri tapılıb

Arxeoloqlar Misirin Fayum bölgəsində nadir mumiya portretləri tapıblar.

Qazet.az  xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, portretlər Ptolemey və Roma dövrünə aid olan Qerza arxeoloji məkanındakı qəbiristanlığın bir hissəsi olan katakomba üslubunda böyük yeraltı dəfn binasında tabutların üzərində tapılıb.

Mumiya portretləri ölülərin detallı rəsmləridir. “Antik-origins.net” saytındakı məqalədə bununla bağlı bildirilib ki, taxta üzərində çəkilən bu rəsmlər Misirin Yunan-Roma dövrünə - təxminən eramızdan əvvəl 1-ci əsrə aiddir (azərtac).

Qeyd edək ki, Misirdə ilk mumiya portretləri 115 il əvvəl ingilis arxeoloqu Flinders Petrie tərəfindən tapılıb.

Misirdə nadir mumiya portretləri tapılıb
Misirdə nadir mumiya portretləri tapılıb