Misirdən qayıdan Rusiya vətəndaşı təyyarədə intihar edib
Hadisə
17:14 23 noy, 2021
Təyyarə ekipajı təcili olaraq Misirin paytaxtı Qahirəyə uçub
Misirin Şarm əş-Şeyx şəhərindən Rusiyanın Samara şəhərinə uçan təyyarənin göyərtəsindəki federasiya vətəndaşı olan sərnişin intihar edib.
Qazet.az xəbər verir ki, məlumatı “İnterfax” yayıb.
Bildirilib ki, rusiyalı təyyarədəki tualetə girib, qapını bağlayıb və özünü öldürüb. 20 dəqiqə sonra sərnişinlər və ekipaj üzvləri tualetin qapısını açaraq orada kişi meyiti aşkarlayıblar.
Təyyarə ekipajı təcili olaraq Misirin paytaxtı Qahirəyə uçub. Orada Rusiya konsulu ilə məsləhətləşmədən sonra təyyarə Samaraya doğru uçuşu davam etdirib.
Hadisənin səbəbi hələlik məlum deyil.