“Mixail Saakaşvili Ukraynaya ekstradisiyadan imtina edəcək”
Siyasət
17:33 04 okt, 2021
Sabiq prezident aclığı davam etdirir
Gürcüstanın üçüncü prezidenti Mixail Saakşvili Ukraynaya ekstradiya olunmaqdan imtina edəcək. Gürcütsan KİV-ləri xəbər verir ki, bunu Saakaşvilinin vəkillərindən biri Georgi Çiviaşvili jurnalistlərə deyib.
Qazet.az xəbər verir ki, M.Saakaşvili ilə cəzaçəkmə müəssisəsində görüşən vəkil bildirib ki, sabiq prezident aclığı davam etdirir.
G.Çiviaşvili vurğulayıb ki, M.Saakaşvilin siyasi məhbus olduğu aydındır: “Eks-prezident öz vətəninə gəlib və siyasi mübarizə aparmaq niyyətindədir”.