MM-də Qarabağla bağlı yeni komissiya yaradılacaq
Siyasət
18:53 20 sen, 2021
Milli Məclis yeni komissiya yaradıb
![MM-də Qarabağla bağlı yeni komissiya yaradılacaq](https://qazet.az/resized/fit900x500/center/pages/26159/868f7227-7691-4396-8821-8040a9647ddc.jpeg)
Milli Məclisdə Qarabağa Qayıdışla bağlı insan hüquqları istiqamətində qanunverici məsələləri araşdıran Komissiya yaradılacaq.
Qazet.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.
Qeyd edilib ki, sessiya müddətində Qarabağa Qayıdışla bağlı insan hüquqları istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi nəzərdə tutulur.