Bakı 19˚C Mostly sunny

MMA döyüşçüsü beş nəfərlə əlbəyaxaya oldu

İdman 16:25 22 dek, 2021

Bir neçə saatını polis bölməsində keçirən Çeyl Sonnen cərimə edilərək azadlığa buraxılıb

MMA döyüşçüsü beş nəfərlə əlbəyaxaya oldu

ABŞ-dan olan keçmiş MMA döyüşçüsü Çeyl Sonnen Las-Veqasda müvəqqəti qaldığı hoteldə dava salıb.

Qazet.az-ın məlumatına görə, 44 yaşlı sabiq MMA döyüşçüsü beş nəfərlə əlbəyaxa davaya çıxıb.

Hadisə yerinə əvvəl hotelin mühafizəçiləri daha sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Bir neçə saatını polis bölməsində keçirən Çeyl Sonnen cərimə edilərək azadlığa buraxılıb.

Qeyd edək ki, peşəkar döyüşçü karyerasını 2019-cu ildə bitirən keçmiş döyüşçü ABŞ-da yayımlanan ESPN idman televiziya kanalında aparıcı və ekspert kimi çalışır.

Mənbə: MMA Fighting