Bakı 4˚C Windy

MN: "Azərbaycan Ordusunun atəş açması və erməni hərbçini yaralaması yalandır"

Gündəm 21:58 22 noy, 2021

"Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir"

MN: "Azərbaycan Ordusunun atəş açması və erməni hərbçini yaralaması yalandır"

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir", - açıqlamada qeyd olunub.