MN: "Erməni təxribatları bu gün daha da intensivləşib"
"Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb"
"Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib".
Qazet.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.
Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".
O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".