Bakı 20˚C Sunny

MN: Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil

Gündəm 21:57 15 okt, 2021

“Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaq”.

MN: Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil

Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

Qazet.az barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır:

“Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaq”.