Bakı 6˚C Dreary

MN rəsmisi: “Hazırda sərhəddə vəziyyət gərgindir”

Gündəm 18:05 16 noy, 2021

Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır

MN rəsmisi: “Hazırda sərhəddə vəziyyət gərgindir”

“Son dövrdə ki, erməni təxribatları bu gün daha da intensivləşib”.

Qazet.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb: “Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur”.

O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib: “Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır”.