"Mobil notariat" tətbiqinin imkanları genişləndirilib
Multimedia
11:45 14 okt, 2022
Ədliyyə Nazirliyi "Mobil notariat" tətbiqinin imkanlarını genişləndirib.
Qazet.az nazirliyə istinadən xəbər verir ki, artıq daşınmaz əmlaka sərəncam verilmək, o cümlədən əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək, ipotekaya qoymaq və sair hərəkətlər etmək üçün etibarnamələri də tətbiq vasitəsilə rəsmiləşdirmək mümkündür.
İstifadəçilər özlərinə məxsus bütün daşınmaz əmlakları və yaxud konkret əmlakı göstərməklə onlar üzərində istənilən sərəncam hüququnu digər şəxsə etibar edə bilərlər.
"Mobil notariat" tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.