Modriç millidə oynamağa davam edəcəyini bildirib
İdman
09:33 18 dek, 2022
Xorvatiya yığmasının kapitanı Luka Modriç üçüncü yer uğrunda Mərakeşlə oyundan sonra milli komandada oynamağa davam edəcəyini bildirib.
Qazet.az xəbər verir ki, bu barədə "Index.hr" məlumat yayıb.
“Mən Millətlər Liqasında Xorvatiya ilə oynamağa davam edəcəyəm. Bundan sonra nə edəcəyimizi baxacağıq”, - Modriç deyib
Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının üçüncü yeri uğrunda görüşdə Xorvatiya Mərakeşlə qarşılaşıb. Dohadakı “Xəlifə Beynəlxalq Stadionu”nda baş tutan duel xorvatiyalı futbolçuların 2:1 hesablı qələbəsi ilə başa çatıb.