Bakı -4˚C Rain and snow

Moldova Aİ-dən əlavə 100 milyon avro alacaq

Gündəm 04:00 22 noy, 2022
Moldova Aİ-dən əlavə 100 milyon avro alacaq

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətin yaratdığı problemlərin həlli üçün Moldovaya daha 100 milyon avro verəcək.

Qazet.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə "Moldovaya dəstək platforması" çərçivəsində üçüncü iclasda çıxışı zamanı deyib.

Makron Moldovanın yardım tələbinə 34 ölkə və 15 beynəlxalq təşkilatın cavab verdiyini qeyd edib.

Onun sözlərinə görə, vəsait, xüsusən miqrasiya böhranı ilə bağlı problemlərin həlli üçün ayrılır.

"Ukraynadakı müharibənin nəticələri Moldovaya birbaşa təsir edir: qaçqın axını, iqtisadi böhran, 35 %-ə çatan inflyasiya. Bütün bunlara baxmayaraq, ölkə islahatları davam etdirməyə hazırdır", - Makron vurğulayıb.

Bundan əvvəl iyulun 15-də Buxarestdə “Moldovaya dəstək platforması” çərçivəsində iclas keçirilib. Konfrans çərçivəsində ölkəyə təxminən 600 milyon avro məbləğində yardım ayrılıb.