Bakı 15˚C Sunny

Moldova Azərbaycandan təbii qaz almağı nəzərdən keçirir

Biznes 16:00 14 iyn, 2022

Spinu bildirib

Moldova Azərbaycandan təbii qaz almağı nəzərdən keçirir

Moldova Azərbaycandan təbii qaz almağı nəzərdən keçirir.

Qazet.az xəbər verir ki, Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu yerli mediaya açıqlamasında bildirib.
 

İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!

“Moldovanın Azərbaycandan qaz almaq şansı var. Nəhayət Moldovanın qaz təchizatı mənbələrini diversifikasiya etmək üçün real şansları var və bu, gec-tez baş verəcək. Mən tarix verməyəcəyəm, amma sizə zəmanət verirəm ki, yaxın bir neçə ildə Moldovada şaxələndirilmiş qaz mənbələri olacaq. Hətta bu il baş verə bilər”, - Spinu qeyd edib.

O, azərbaycanlı həmkarları ilə bu istiqamətdə danışıqların davam etdirildiyini vurğulayıb.

İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!