“Politico” - Moldova Qərbdən kömək istəyir
Gündəm
21:00 21 noy, 2022
Moldova Qərbdən kömək istəyir. Moldova prezidenti Maia Sandu deyib ki, moldovalılar qışda "enerji şoku" ilə üzləşəcək, çünki insanlar öz hesablarını ödəyə bilməyəcəklər.
Qazet.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Sandunun sözlərinə görə, moldovalılar bu qış gəlirlərinin 65%-ə qədərini isitməyə sərf edəcəklər.
O, həmçinin əlavə edib ki, il ərzində Moldovada qazın qiyməti 7 dəfə, işığın qiyməti 4 dəfə artıb.