Moldova Rusiya qazının istehlakını kəskin azaldıb
Biznes
21:10 10 okt, 2022
Sentyabrda Moldova Rusiya qazının istehlakını kəskin şəkildə 27,4 milyon kubmetrə qədər azaldıb ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 37,8 faiz azdır.
Qazet.az xəbər verir ki, bu barədə Moldovaqaz” məlumat yayıb.
Avqust ayı ilə müqayisədə istehlak təxminən 5,4 faiz artıb. Bundan əvvəl “Qazprom” oktyabrda “Naftoqaz Ukrainy”nin qaz nəqlindən tam imtina etdiyini və Moldovaya qaz tədarükünü 30 faiz azaltdığını bəyan edib.