Bakı 23˚C Partly sunny

Monteneqro prezidenti koronavirusa yoluxdu

Gündəm 11:07 24 dek, 2021

Xatırladaq ki, Cukanoviç COVID-19-a yoluxmuş şəxslə təmasda olduğu üçün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü ləğv etmişdi. 

Monteneqro prezidenti koronavirusa yoluxdu

Monteneqro Prezidenti Milo Cukanoviç koronavirusa yoluxub.

“Qazet.az” xəbər verir ki, bu barədə Monteneqro Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Cukanoviçdə yüngül simptomlar var. 

"Prezidentdə yüngül simptomlar var, özünü yaxşı hiss edir. Epidemioloji tədbirlərə uyğun olaraq o, özünü təcrid edib, vəzifəsini bu rejimdə icra edəcək", - deyə məlumatda bildirilir. 

Xatırladaq ki, Cukanoviç COVID-19-a yoluxmuş şəxslə təmasda olduğu üçün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü ləğv etmişdi.