Bakı 11˚C Mostly cloudy

Moped sürənlər üçün YENİLİK

Cəmiyyət 12:18 16 dek, 2022
Moped sürənlər üçün YENİLİK

Milli Məclis Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələbi ilə bağlı “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Qazet.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilmişdi.

Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.