Bakı 26˚C Intermittent clouds

Moskva hava limanlarında onlarla reys təxirə salınıb

Gündəm 15:16 14 dek, 2021

Moskva hava limanlarında əlverişsiz hava şəraiti səbəbindən bir çox reyslər təxirə salınıb 

Moskva hava limanlarında onlarla reys təxirə salınıb

Dekabrın 14-də Moskva hava limanlarında əlverişsiz hava şəraiti səbəbindən ümumilikdə 30-dan çox reys təxirə salınıb.

Qazet.az xəbər verir ki, Moskva vaxtı ilə saat 08:44-də Domodedovo hava limanında on reys, Şeremetyevoda beş reys gecikib, daha on altı reys ləğv edilib. Vnukovoda isə dörd reys gecikib. Jukovskidə uçuşların qrafikində hər hansı bir dəyişikliyin olması barədə məlumat verilməyib.

Bundan əvvəl Phobos hava mərkəzinin aparıcı əməkdaşı Yevgeni Tişkovets deyib ki, dekabrın 14-nə keçən gecə Moskvaya yağan qar son 28 ilin ən güclüsü olub. Sinoptik izah edib ki, aktiv dalğa cəbhəsinin təsiri nəticəsində paytaxta güclü qar yağıb.

Dekabrın əvvəlində qar və buz bağlaması səbəbindən Moskva hava limanlarında 70-ə yaxın reys təxirə salınıb.