Bakı 26˚C Intermittent clouds

Moskva: İranla nüvə sazişində irəliləyiş gözləyirik

Siyasət 16:07 13 dek, 2021

Sergey Ryabkov: “İrana qarşı sanksiya təhdidi qeyri-konstruktivdir”

Moskva: İranla nüvə sazişində irəliləyiş gözləyirik

Vyanada İranın nüvə sazişinə və sanksiyaların aradan qaldırılmasına dair danışıqlar davam edir.

Qazet.az Fars beynəlxalq xəbər agentliyinə istinadən məlumat verir ki, Moskva rəsmisi danışıqlarda irəliləyişin mümkünlüyünü vurğulayıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya mətbuatına müsahibəsində İranın nüvə sazişi razılaşmasının yenidən dirçəldilməsi ehtimalının daha yüksək olduğunu bildirib.

“Mən hesab edirəm ki, razılığın əldə olunması ehtimalı danışıqların bərpasından əvvəlki dönəmlə müqayisədə daha çox artıb. Danışıqlarda irəliləyiş gözləmək üçün əsaslar var. Amma tələskənliklə deyil, aşkarlıqla, yəni vəziyyəti gərginləşdirə biləcək hər hansı bir kəskin reaksiya və əlavə amillər olmadan”.

Moskva rəsmisinin sözlərinə  görə, 4+1 formatında danışıqlarda İranın irəli sürdüyü təkliflər nüvə sazişinin yenidən bərpası üçün İranın ciddiliyini nümayiş etdirir.

Ryabkov bildirib ki, “Digər təkliflər təkcə İran tərəfindən verilməyib. Aparılan danışıqlar ortaq məxrəc tapmaq üçündür, nəinki məyusluq üçün. Əksinə, araşdırılmalı məsələlər var. İranın təklifləri ilə bağlı yalnız bir şey deyə bilərəm. Onlar öz yanaşmalarında son dərəcə ciddilik nümayiş etdirirlər”.

Rusiya xarici işlər nazirinin müavini əlavə edib ki, “Vyanada nüvə proqramı üzrə qarşıdan gələn danışıqları nəzərə alsaq, İrana qarşı sanksiya təhdidi qeyri-konstruktivdir”.

Qeyd edək ki, İran İslam Respublikasını 4+1 formatındakı danışıqlarda təmsil edən Əli Baqeri Vyanadakı hazırkı danışıqları müsbət və irəliyə doğru addım adlandırıb.