Bakı 17˚C Mostly sunny

Moskvada “Abşeron yarımadasında neft hasilatının mənşəyi” adlı sərgi açılacaq

Xəbərlər 22:35 17 sen, 2022
Moskvada “Abşeron yarımadasında neft hasilatının mənşəyi” adlı sərgi açılacaq

Sentyabrın 20-də Moskvada “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” Sərgi-Kompleksində (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycan neftçiləri Gününə həsr olunacaq “Abşeron yarımadasında neft hasilatının mənşəyi” adlı sərginin açılışı olacaq.

Qazet.az xəbər verir ki, sərgi "Azərbaycan" pavilyonunun rəhbərliyi və “LUKOIL”un muzeyi ilə birgə təşkil olunur.

Sərgi çərçivəsində Abşeron yarımadasında neft sənayesinin yaranması və inkişaf tarixi ilə bağlı materiallar təqdim olunacaq.

Qeyd edək ki, sərgi oktyabrın 5-dək davam edəcək.

Qaynaq