Moskvada atışma - 2 nəfər öldürüldü
Gündəm
00:51 08 dek, 2021
Atəş açan şəxs polkovnik-leytenant rütbəsi daşımış keçmiş hərbçidir.
Moskvanın Ryazan rayonunda, Çoxfunksiyalı Dövlət Xidmətləri Mərkəzində baş verən atışma nəticəsində iki nəfər həlak olub.
Qazet.az xəbər verir ki, 45 yaşlı Sergey Qlazqov mərkəzin girişində odlu silahdan atəş açaraq mühafizəçini və qadın əməkdaşı öldürüb. Hadisə nəticəsində daha 3 nəfər, o cümlədən 10 yaşlı qız yaralanıb.
Atəş açan şəxs polkovnik-leytenant rütbəsi daşımış keçmiş hərbçidir.
ria