Bakı 21˚C Partly sunny

Moskvada çoxuşaqlı ailələr üçün ictimai nəqliyyat pulsuz olacaq

Gündəm 11:38 21 okt, 2021

Qərarın 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilib

Moskvada çoxuşaqlı ailələr üçün ictimai nəqliyyat pulsuz olacaq

Moskva şəhər duması çoxuşaqlı valideynlərin ictimai nəqliyyatdan pulsuz istifadəsini nəzərdə tutan təşəbbüsü yekdilliklə dəstəkləyib.

Qazet.az xəbər verir ki, yeni qərar çoxuşaqlı valideynlərlə yanaşı, onların 18 yaşadək olan övladlarına da paytaxt və şəhərətrafı ictimai nəqliyyat vasitələrindən ödənişsiz istifadə hüququ verir.

Qərarın 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilib.

Mənbə: “İnterfaks”